Dövlət Dumasına seçkilərdə səsvermə üç gün keçiriləcək

Dövlət Dumasına seçkilərdə səsvermə üç gün keçiriləcək
  18 İyun 2021    Oxunub:1419
Rusiya Dövlət Dumasına səkkizinci çağırış və regional seçkilər sentyabr ayında ardıcıl üç gün keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib.

O bildirib ki, bir sıra amillər nəzərə alınaraq Dövlət Duması deputatlarının seçkisi 2021-ci il sentyabrın 17, 18 və 19-da keçiriləcək.

MSK sədri hesab edir ki, səsvermənin üç gün ərzində keçirilməsi indiki vəziyyətdə optimaldır.

"Bu, seçicilər üçün təhlükəsizlik, əlçatanlıq və rahatlığı təmin edir. Hər şeydən əvvəl qazanan seçicilərdir".

Bu qərarın Rusiya Federasiyasındakı sanitariya və epidemioloji vəziyyət nəzərə alınaraq verildiyi qeyd olunub.

2020-ci ilin iyul ayında Dövlət Duması seçki qanunvericiliyinə, seçkilərdə və referendumlarda bir neçə gün səs vermə imkanı verən, lakin üç gündən çox olmamaq şərti ilə düzəlişlər edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Seçkilər  





Xəbər lenti