Erməni seçicilər 20 litr benzinə satılırlar

 Erməni seçicilər  20 litr benzinə satılırlar
  18 İyun 2021    Oxunub:1710
Ermənistanda növbədənkənar parlament seçkilərinə iki gün qalmış maraqlı hadisə yaşanıb.
Azvision.az xəbər verir ki, yerli mediada seçicilərin pul ilə ələ alınmasına dair faktlar dərc edilib. Belə ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın partiyası tərəfdar toplamaq üçün vətəndaşlara pulsuz benzin paylayıb.
"Paşinyanın partiyası bölgələrdə rüşvət olaraq 20 litr benzinin kuponunu paylayır. Mənbəmizin verdiyi məlumata görə, dünəndən etibarən Lori, Sünik (Zəngəzur - red), Geqarkunik, Şirak rayonlarının rəhbərləri adminstrasiyaya çağırılıblar. Yəqin ki, yaxın günlərdə insanlara kütləvi şəkildə başqa şirnikləndirici hədiyyələrin paylanması barədə digər faktlar üzə çıxacaq",-deyə məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Seçki   Ermənistan  





Xəbər lenti