Quterreş yenidən BMT-nin baş katibi oldu

Quterreş yenidən BMT-nin baş katibi oldu
  18 İyun 2021    Oxunub:1593
BMT Baş Assambleyası Antonio Quterreşi ikinci müddətə qurumun baş katibi təyin edib.
Azvision.az xəbər verir ki, müvafiq qərarı BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır açıqlayıb.

"Quterreşin 1 yanvar 2022 - 31 dekabr 2026-cı il tarixləri arasında ikinci dövr üçün BMT Baş katibi vəzifəsinə təyin olunmasını elan etməkdən şərəf duyuram", - Bozkır bildirib.

Quterreş BMT Baş katibi vəzifəsinə yeganə namizəd idi. BMT Baş katibi beş illik müddətə seçilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AntonioQuterreş   BMT  





Xəbər lenti