Avtobus qəzasında 27 nəfər öldü

Avtobus qəzasında 27 nəfər öldü
  18 İyun 2021    Oxunub:806
Peruda xeyli sayda insanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, ölkənin cənub bölgəsində baş verən avtobus qəzası zamanı 27 nəfər ölüb, 13 nəfər isə ağır bədən xəsarətlərləri alıb. Yerli medianın yaydığı məlumata görə, qəzaya düşənlər "Hochschild Mining" mədən şirkətinin işçiləri olub.
Hazırda araşdırma aparılır.

Qeyd edək ki, "Hochschild Mining" London Fond Birjasında qeydiyyatdan keçmiş mədənlərdə qızıl və gümüş istehsal edən böyük bir şirkətdir. Şirkət Cənubi Amerikada bir sıra layihələri həyata keçirir.

Azvision.az



Teqlər: Qəza   Peru   Avtobus  





Xəbər lenti