"Dünyada hücumu əvvəlcədən elan etmiş Nikol kimi "fenomen" yoxdur"- Vrtanesyan

   "Dünyada hücumu əvvəlcədən elan etmiş Nikol kimi "fenomen" yoxdur"-   Vrtanesyan
  19 İyun 2021    Oxunub:1868
Tanınmış erməni jurnalist və bloger Karen Vrtanesyan ölkəsinin hazırkı rəzil durumundan söz açıb.
Azvision.az xəbər verir ki, o xalqa etdiyi müraciətində Ermənistanın düşdüyü siyasi böhranın arxasında Qarabağ məğlubiyyətinin olduğunu deyərək ölkə rəhbərliyinin yarıtmaz fəaliyyəti və uğursuz siyasətindən gileylənib:

"Müharibənin 10-cu günü, 6 oktyabrda Nikol dünyaya "Artsax" Müdafiə Ordusunun (Dağlıq Qarabağdakı keçmiş qondarma rejim-red.) əks-hücuma hazırlaşdığını bildirdi.
Sözdə "Lələtəpə əks-hücumu" və ya "Horadiz əməliyyatı" adlandırılan bu hərbi əməliyyatlar 7 oktyabrda başladı və çox sürətli bir şəkildə uğursuzluqla yekunlaşdı.Yer üzündə belə bir "fenomen" yox idi ki, müharibə edən ölkənin rəhbəri həlledici əks-hücumdan bir gün əvvəl bütün dünyaya hərbi əməliyyat hazırladığını bəyan etsin...

O, oktyabrın 7-də, səhər saatlarında əməliyyat hələ davam edərkən beynəlxalq aləmə müharibənin gedişatını dəyişdirəcək uğurlu bir əks-hücum başlatdığını elan etməyə də tələsdi.
Əvvəlcədən elan edilmiş bu hərbi əməliyyat o qədər “uğurlu” oldu ki, yüzlərlə əsgərimiz öldürüldü və Hadrutu xilas edə biləcək bir ehtiyat qüvvəni də itirdik".

Qeyd edək ki, Paşinyanın həmin çıxışı və hərbi əməliyyatlara hazırlaşması ilə bağlı xəbərlər yerli mediada da geniş şəkildə yayılmışdı.




Tural Tağıyev

Azvision.az



Teqlər: Paşinyan   Hücum  





Xəbər lenti