Ermənistanda sükut günüdür

Ermənistanda sükut günüdür
  19 İyun 2021    Oxunub:1262
Bu gün Ermənistanda sükut günüdür Hər hansı bir seçki təşviqatı, debat və seçicilərlə görüşlər, təşviqat materiallarının paylanması qadağandır.
Azvision.az bu barədə erməni KİV-lərə istinadla xəbər verir.

Qeyd edilib ki, ictimai rəy sorğularının nəticələrini dərc etmək də qadağandır.

12 günlük aktiv təşviqat kampaniyasından sonra rəsmi olaraq Ermənistanda "sükut günü" səsvermə başlamazdan bir gün əvvəl, şənbə günü gecə yarısı başlayıb.

Seçki kampaniyasının aparılması qaydalarının pozulması Ermənistan qanunlarına görə, 200-dən 600 min dram arasında cərimə şəklində inzibati məsuliyyətə səbəb olur.

Ermənistanda erkən parlament seçkilərində rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir. 2 583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçiriləcək.

Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Koçaryan hesab olunur. Koçaryan seçkildə "Ermənistan" blokunun lideri kimi qatılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Sükutgünü  





Xəbər lenti