Rusiyada təyyarə qəzasında 7 nəfər ölüb

   Rusiyada təyyarə qəzasında 7 nəfər ölüb
  19 İyun 2021    Oxunub:1757
Rusiyada ağır təyyarə qəzası baş verib.
Azvision.az xəbər verir ki, Kemerovo vilayətinin Promışlennı rayonunun Juravlyovo kəndi yaxınlığında qəza enişi edən L-410 təyyarəsində 20 nəfər olub. Qəza nəticəsində 7 nəfər həlak olub. 13 sərnişin ağır bədən xəsarətləri alıb.
Yerli medianın yaydığı məlumata görə, qəzaya səbəb mühərriklərdən birində nasazlığın yaranmasıdır: "Pilotlar təyyarənin enişə yaxınlaşdığı zaman mühərriklərdən birinin sıradan çıxdığını və meşə ilə toqquşduğunu bildirib. Dörd nəfərin vəziyyəti ağırdır".

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Qəza   Təyyarə  





Xəbər lenti