Partlayan hər mina Ermənistanın əleyhinədir - türkiyəli professor

  19 İyun 2021    Oxunub :562
Partlayan hər mina Ermənistanın əleyhinədir - türkiyəli professor
Tarixi Zəngəzur dəhlizinin yenidən açılması türk dünyası üçün əhəmiyyətli bir hadisədir. Türkiyə və Rusiyanın Zəngəzur dəhlizi məsələsində verdikləri qarantiya da çox önəmlidir.
Bunu Azvision.az - a açıqlamasında Türkiyə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Mesut Hakkı Caşın deyib.

Məsələnin iqtisadi tərəfininin böyük önəm daşıdığını söyləyən türkiyəli professora görə, bu dəhliz Orta Asiya ilə Avropanı birləşdirəcək, Aralıq dənizindən Böyük Çin səddinə qədər nəhəng bir ərazini əhatə edəcək.

“Buradan quru yol vasutəsilə həyata keçiriləcək daşınmalar eyni zamanda tarixi İpək Yolunu yenidən açacaqdır. Azərbaycan Türkiyənin dəstəyi ilə öz torpaqlarını işğaldan azad etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Qarabağın erməni işğalından azad edilməsi 30 ilin ən mühüm hadisəsidir”.

Ekspert hazırda əsas problemlərdən biri kimi Azərbaycan ərazilərinin minalanmasını göstərib. Onun sözlərinə görə, mina artıq qadağan edilib və Ermənistan bütün xəritələri Azərbaycana verməlidir.

“Beynəlxalq hüquq baxımından yanaşıldıqda, mina qadağan edilmiş silahlar sırasına daxil olmaqdadır. Minaların yerləşdirilməsi, xəritələrin verilməməsi bir cinayətdir. Bu, eyni zamanda insanlarda uzun müddət qalıcı olan mənfi təsirlər yaradır. Çox təhlükəli silahdır. Bu yaxınlarda iki azərbaycanlı jurnalist mina partlaması nəticəsində şəhid oldular. Allah onlara rəhmət eləsin. Həmin jurnalistlər öz vəzifəsini yerinə yetirirdilər. Burda məslənin başqa tərəfi isə Qərbin səssizliyidir. Mətbuat işçilərinə qarşı bu hadisə, həmçinin Avropa İnsan Haqları konvensiyasının pozulmasıdır. Buna görə də məsələyə insani, hərbi, hüquqi, iqtisadi tərəfdən baxılmalıdır. Mən sadəcə Ermənistana rəhbərlik edən Nikol Paşinyanın bunu etdiyini düşünmürən".

Professor Çaşın Azərbaycanın regionda irəli sürdüyü 3+3 platformasını önəmli hesab etdiyini vurğulayıb.

"Gürcüstan və İranın bura qatılması region üçün zəruridir. Regionda sülhün, barışın olması hər kəsə fayda gətirəcək. Bundan ən başda Ernənistan yararlanacaq. Niyə? Çünki Azərbaycan zəngindir, Gürcüstan qonşu dövlətdir. Ermənistan ağlını başına toplamalıdır. Partlayan hər mina Ermənistanın əleyhinədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zəngəzurdəhlizi   Mina  






Xəbər lenti