Rəisi seçkiləri qazandı

 Rəisi seçkiləri qazandı
  19 İyun 2021    Oxunub:1501
İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib.
Azvision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

İlkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.

İranda dünən prezident seçkiləri keçirilib. Seçkilərdə 4 namizəd mübarizə aparıb. Namizədlər məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İbrahimRəis   İran   Seçki  





Xəbər lenti