Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu

 Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu
  19 İyun 2021    Oxunub:1572
Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.
Azvision.az xəbər verir ki, onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edib.

Daha sonra Azərbaycan Ordusunun zabiti Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn edilib.

Azvision.az


Teqlər: Şəhid   Kəlbəcər  





Xəbər lenti