İşçiləri Koçaryanı dəstəkləməyə məcbur edən vəzifəli şəxs tutuldu

 İşçiləri Koçaryanı dəstəkləməyə məcbur edən vəzifəli şəxs tutuldu
  19 İyun 2021    Oxunub:1443
Ermənistanın Gorus şəhər Mədəniyyət Mərkəzinin direktoru təşviqata məcbur etməkdə günahlandırılaraq həbs edilib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, o, rəsmi vəzifəsindən istifadə edərək kitabxanaçı və mərkəzin digər işçilərini 7 iyun Gorusda ikinci prezident Robert Koçaryanın lideri olduğu “Ermənistan” blokunun seçki kampaniyasında iştiraka məcbur edib. Direktor əməkdaşlarının Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyasının təşviqat kampaniyasında iştirakına qadağa qoyub, əks təqdirdə onları işindən qovmaqla hədələyib.

Toplanan kifayət qədər dəlillərə əsasən Mədəniyyət Mərkəzinin direktoruna təşviqata məcburetmə ya təşviqatdan imtinaya məcburetmə ilə bağlı cinayət işi açılıb. Onun barəsində həbs qətimkan tədbir seçilib. İlkin istintaq davam edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti