Ruhani Rəisini təbrik edib

Ruhani Rəisini təbrik edib
  19 İyun 2021    Oxunub:1149
İran Prezidenti Həsən Ruhani məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

"Ruhani ofisinə gələrək Rəisini qələbə münasibətilə təbrik etdi", məlumatda vurğulanıb.

Xatırladaq ki, İranın Seçki Qərargahının məlumatına görə, indiyədək 28 milyon 600 min seçki bülleteni sayılıb. İlkin hesablamaya görə, İbrahim Rəisi 17 milyon 800 min səs toplayıb.

Onun rəqibləri Möhsin Rezayi 3 milyon 300, Əbdülnasir Himməti 2 milyon 300 min, Hüseyn Qazizadə Haşemi 1 milyon səs toplayıb. Namizədlər Himməti və Rezayi artıq Rəisini qələbə münasibətilə təbrik ediblər.

İranda seçkilər dünən keçirlib, prezident kürsüsü uğrunda 4 namizəd mübarizə aparıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   İbrahimRəisi  





Xəbər lenti