Məşhur yazıçı koronavirusdan öldü

   Məşhur yazıçı koronavirusdan öldü
  19 İyun 2021    Oxunub:1028
Rusiyanın məşhur yazıçısı, "Uğur centlmenləri" kinosunun ssenari müəllifi, Slava Se təxəllüsü ilə tanınan Vyaçeslav Soldatenko vəfat edib.
Azvision.az xəbər verir ki, yazıçı 52 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Vyaçeslav Soldatenko 6 aprel 1969-cu ildə Latviyada anadan olub. Riqadakı Beynəlxalq Praktik Psixologiya İnstitutunun Psixologiya fakültəsini bitirib. Bir sıra məşhur kitabların müəllifi olsa da daha çox "Uğur centlmenləri" filminin ssenari müəllifi kimi tanınıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus   Yazıçı  





Xəbər lenti