Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər
Virusla bağlı hökümətə məsləhət verən ekspert heyətinin rəhbəri Shigeru Omi oyunların tamaşaçı olmadan keçirilməsini təklif edib. O bildirib ki, vaksinasiya problemsiz davam etsə belə iyul və avqust aylarında infeksiya saylarında artım olacaq. O, yeni mutasiyaların yoluxma riskini artıra biləcəyini deyib.
Tokio Olimpiadaları Təşkilat Komitəsinin sədri Seiko Haşimoto yoluxma göstəricilərini izləməyə davam edəcəklərini qeyd edib: "Vəziyyətlə bağlı tamaşaçı qəbulunu dayandırmağımız lazım ola biləcəyini nəzərə alaraq məlumatları təhlil etməyə davam edəcəyik."
Azvision.az