Davudoğlu istefa verə bilər

Davudoğlu istefa verə bilər
  29 Mart 2013    Oxunub:1619
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu bir neçə ay əvvəl İsrailə gedərək, orada gizli danışıqlar aparmasıyla bağlı yayılan xəbərləri cəfəngiyyat adlandırıb.
Yerli telekanalların birinə müsahibəsində o deyib: "Belə bir iddia varsa, sübut etsinlər. Bütün xalqdan üzr istəyib dərhal istefa verərəm və bir daha siyasətə qayıtmaram" deyən türk diplomat bütün danışıqların qeydə alındığını bildirib. Onun sözlərinə görə, İsrailin Türkiyədən üzr istəməsiylə bağlı danışıqlar 3 ay idi ki, aparılırdı. Lakin son 15 gündə müzakirələr intensivləşdi və bu missiyanı Amerika Birləşmiş Ştatları yerinə yetirirdi.

Jurnalistin "İddia olunur ki, Təl-Əviv-Ankara yaxınlaşması Türkiyənin Suriya və ya İranla münasibətlərinə təsirini göstərəcək. Bu barədə deyəcəyiniz bir sözünüz varmı?" sualına Davudoğlunun cavabı sərt olub. "İsraillə barışığın nə Suriya, nə də İranla heç bir əlaqəsi yoxdur. Türkiyə hər hansı bir şəkildə Suriyanın gələcəyi ilə bağlı və ya da İrana qarşı hər hansı bir müdaxilə məsələsini nə İsraillə müzakirə edər, nə belə bir danışıqların parçası olar".

AzVision.az


Teqlər:  





Xəbər lenti