“Vizual körpü”: Bakıda niyə olmasın?

  19 İyun 2021    Oxunub :2456
   “Vizual körpü”:    Bakıda niyə olmasın?
Dünya şəhərləri arasında “vizual körpü”, yaxud “futuristik portal” adlanan yeni dəb yaranmaqdadır.
İlk belə portal əlaqəsi Litvanın paytaxtı Vilnüs ilə Polşanın Lüblin şəhəri arasında yaradılıb. Bir şəhərin sakinləri nəhəng göz formasında olan ekrana baxanda real vaxt rejimində digər şəhərdə nələrin baş verdiyini görürlər.



Hər iki şəhərin mərkəzi meydanında qurulmuş futuristik installyasiyanın sayəsində onlarda yaşayan insanlar bir-birini görə, salamlaya, əl edə bilirlər.



Hazırda London ilə Reykyavikin arasında belə vizual körpünün qurulması prosesi gedir. Artıq dünyanın digər şəhərləri də belə portallar yaratmaq niyyətlərini bəyan ediblər. Güman ki, bu, yeni trendə çevriləcək.



Azvision.az reaksiyası düşünür ki, Bakının da bu texno-trendə qoşulması çox maraqlı olardı. Misal üçün, Fəvvarələr Meydanında qurulmuş belə bir portalın vasitəsilə Taksimdəki insanları salamlamaq Bakı ilə İstanbulun arasındakı bağlılığı xeyli artırardı...







Samir Quliyev

Teqlər:






Xəbər lenti