Bayden İsrail prezidenti ilə görüşəcək

Bayden İsrail prezidenti ilə görüşəcək
  20 İyun 2021    Oxunub:817
ABŞ prezidenti Co Bayden iyunun 28-də israilli həmkarı Reuven Rivlin ilə Ağ evdə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Cen Psaki məlumat yayıb. Onun sözlərinə görə , Prezidentlər bölgənin üzləşdiyi bir çox çətinlikləri müzakirə edəcəklər:

“Rivlinin prezidentlik müddəti başa çatır və bu səfər iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində onun illər ərzində göstərdiyi fədakarlığa hörmət olacaqdır”-,deyə C. Psaki qeyd edib.

Azvision.az




Teqlər: Bayden   ABŞ   İsrail  





Xəbər lenti