Əsgərlər Paşinyana səs verməyə məcbur edilir- Video

 Əsgərlər Paşinyana səs verməyə məcbur edilir-  Video
  20 İyun 2021    Oxunub:2130
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları və bir sıra problemlər müşahidə edilməkdə davam edir.

Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbi hissələrdə zabitlər tabeliyində olan əsgərləri Paşinyana səs verməyə məcbur edirlər. Gorus rayonunda yerləşən yerli hərbi hissələrin zabitləri hərbçilərə bu istiqamətdə tapşırıqlar veriblər.
Bir sıra kəndlərin seçki məntəqələrində isə məlum olub ki, "Hayastan" blokunun bülletenlərinin 90-faizi çap olunmayıb.


Paşinyan və üç muşketyor: Seçkidən sonra mümkün ssenarilər – TƏHLİL

Ancaq seçkilərdə prolemlər bununla bitmir. RİA Novostinin müxbiri xəbər verir ki, seçki məntəqələrində uzun növbələr yaranıb. Bildirilir ki, ajiotaj seçkiqabağı mübarizənin intensivliyi ilə deyil, həm də səsvermə prosedurunun özünün uzanmasından qaynaqlanır. Seçici ilk növbədə pasport və barmaq izi ilə iki amilli identifikasiyadan keçir. Sonra ona 25 bülleten (hər partiya üçün 1 bülleten) paketi sayırlar. Seçilmiş bülleten zərfə qoyulmalı və ona holoqram yapışdırmaq lazımdır. Sonra zərf urnaya qoyulur.

Seçicilər seçki məntəqələrində çox gözləməli olduqlarından şikayət edirlər. Hətta bəzi kəsişmələrdə və hökumət binasının xaricində polis növbətçilik edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:   Ermənistan   Seçki  





Xəbər lenti