"Ermənistanın yeni rəhbərliyi keçmişdən ibrət götürməlidir"- Çavuşoğlu

   "Ermənistanın yeni rəhbərliyi keçmişdən ibrət götürməlidir"-    Çavuşoğlu
  20 İyun 2021    Oxunub:995
"Türkiyə Ermənistanın yeni rəhbərliyinin keçmişdən dərs alacağına ümid edir".

Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanda keçirilən parlament seçkilərini şərh edərkən deyib.
"Ermənistandakı seçkiləri bu ölkənin daxili işi hesab edirik. Ermənistanın yeni rəhbərliyi keçmişdən ibrət götürməlidir",-deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkidə rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

2583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçiriləcək.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:





Xəbər lenti