"Əsgərlərə açıq şəkildə təlimat verilib"- Gorus meri

 "Əsgərlərə açıq şəkildə təlimat verilib"-    Gorus meri
  20 İyun 2021    Oxunub:1553
"Gorus seçki məntəqələrində əsgərlərə açıq şəkildə təlimat verilir".
Azvision.az xəbər verir ki, bunu şəhər meri Aruş Aruşanyan NEWS.am saytına verdiyi müsahibəsində bildirib.

“Bir çox qanun pozuntuları var. Etibarlı şəxslərimiz yerindədir və güclüdür. Kimsə qanun pozuntusu etmək istəyəndə yerindəcə qeydiyyata alırlar və buna imkan vermirlər”.

A. Aruşanyan təzyiqdən danışarkən deyib: “Heç kim bizə təzyiq edə bilməz. Axtarış etmək istəsələr də, qoy gəlsinlər”.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkidə rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçiriləcək.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti