"Antitəşviqat vərəqələrini yayan Paşinyana məxsus qüvvələrdir"- Hakobyan

   "Antitəşviqat vərəqələrini yayan Paşinyana məxsus qüvvələrdir"-    Hakobyan
  20 İyun 2021    Oxunub:1173
“Syunikdə hərbçilər "Vətəndaş müqaviləsi" partiyasına səs vermək üçün göstəriş alıblar".
Azvision.az xəbər verir ki, bunu "Ermənistan" blokunun üzvü Vahe Hakobyan jurnalistlərə bildirib.

“Bilirsiniz ki, axtarışlar "Ermənistan" blokunun Sisian şəhərindəki bütün qərargahlarında aparılıb. Və 4 qərargahın rəhbərləri ifadə vermək üçün İrəvana çağırılıb.

Aparılan axtarışlar təbii olaraq heç bir nəticə vermədi. Məqsədləri təşkilati işlərini yarımçıq qoymaqdır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir neçə saatdan sonra nə deyəcəkləri ilə maraqlanıram".

Hakobyan bildirib ki, blokun əleyhinə olan antitəşviqat vərəqələrini yayan Paşinyana məxsus qüvvələrdir.

"Syunikdə hərbçilər "Vətəndaş müqaviləsi" partiyasına səs vermək üçün göstəriş alıblar".

Qeyd edək ki, Ermənistan polisi bu gün "Ermənistan" (Hayastan) blokunun mərkəzi qərargahında və blokun qərargah rəhbərlərinin evlərində axtarış aparıb.

Xatırladaq ki, bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Şahanə Rəhimli






Teqlər:





Xəbər lenti