Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar

   Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar
  20 İyun 2021    Oxunub:1153
Ermənistanın Noramarq kəndində rüşvət verməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Azvision.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, Masis polis bölməsinə Noramarq kəndinin iki sakininin siyasi bloklardan birinə səs vermək üçün kəndlilərə rüşvət verməsi barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin 15-20 min dram miqdarında rüşvət verdikləri barədə məlumat əldə edilib.

Cinayət işi başladılıb, həmin şəxslər polis bölməsinə aparılıb və onlardan biri həbs olunub. İstintaq davam edir.


Şahanə Rəhimli

Azvision.az



Teqlər:





Xəbər lenti