Ermənistanda erkən parlament seçkilərində səsvermə başa çatıb

  20 İyun 2021    Oxunub :529
Ermənistanda erkən parlament seçkilərində səsvermə başa çatıb
Ermənistanda yerli vaxtla 20: 00-da erkən parlament seçkilərində səsvermə başa çatıb.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, 2008 seçki məntəqəsinin hamsı bağlanıb.

20 iyun tarixində Ermənistanda səkkizinci çağırış parlament seçkiləri keçirildi. Ölkədə seçicilərin ümumi sayı 2 593 572 nəfərdir. Saat 17: 00-dək seçkilərdə 989 972 seçici və ya ümumi seçicilərin 38,17% -i səs verib.

Bazar günü saat 16: 00-dakı vəziyyətə görə, Ermənistan polisinə seçki pozuntuları ilə bağlı 57 məlumat daxil olub, onlar araşdırılır.

Eyni zamanda, İstintaq Komitəsi daxil olan məlumatlar əsasında15 material hazırlayıb. Onlardan 10-u bir dəfədən çox və ya başqa bir şəxsin əvəzinə səs vermək, 4-ü səsvermənin gizliliyinin pozulması, 1 hal isə seçki məntəqəsinə silahla getmək və zor tətbiq etməklə bağlıdır.

Seçkiləri işıqlandırmaq üçün 68 yerli KİV-in 749 nümayəndəsi və 49 xarici KİV-in təxminən 135 nümayəndəsi akkreditə olunub.

Seçkilərdə 4 blok və 21 siyasi partiya iştirak edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Seçki  






Xəbər lenti