Paşinyanın partiyası seçkilərdə qalib gəldi

  21 İyun 2021    Oxunub :502
 Paşinyanın partiyası seçkilərdə qalib gəldi
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş razılaşması" partiyası ölkədəki bütün 2008 seçki məntəqələrinin səslərinin sayılmasından sonra 53,92 % səslə erkən seçkilərdə qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.

MSK-nın məlumatında vurğulanıb ki, 1 milyon 281 911 bülleten sayıldıqdan sonra Paşinyanın partiyası 53,92% (687 251), Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku - 21.04% (268 165) səs alıb.

"Şərəfim var " bloku 5.23 % (66.633), "Çiçəklənən Ermənistan" partiyası - 3.96% (50416) və "Respublika" partiyası -3.04 % səs qazanıb.

"Parlaq Ermənistan" - 1,22% (15,557), Erməni Milli Konqresi - 1,54% (19,647) faiz səs alıb.

20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkidə 25 siyasi qüvvə - 21 partiya və 4 blok iştirak edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Seçki  






Xəbər lenti