Azərbaycan bizim Cənubi Qafqazda əsas tərəfdaşımızdır - Tleuberdi

  21 İyun 2021    Oxunub :485
   Azərbaycan bizim Cənubi Qafqazda əsas tərəfdaşımızdır -  Tleuberdi
Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır.
Azvision.az xəbər verir ki, bunu Qazaxıstanın Baç nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Bakıda mətbuat konfransında deyib.

O bildirib ki, 2016-2019-cu illərdə ticarət mübadiləsinin ikirəqəmli artımına nail olduq. Təəssüf ki, pandemiya və karantin məhdudiyyətləri fonunda ticarət mübadiləmiz 2020-ci ildə 38 faiz azalaraq, 142 millyon dollaradək düşüb.

"Bununla əlaqədar olaraq biz iqtisadi diplomatiyamızı faəllaşdırmağa, onun artması, bir birimizin bazarlarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə razılaşdıq. Əvvəlki göstəricilərin bərpası və yeni ticari göstəricilərə nail olması üçün hazırıq və kifayət qədər potensiala malikik. Biz, mümkün qədər tez bir zamanda Qazaxıstanla Azərbaycan arasında birbaşa avia əlaqəni bərpa etməyə, işgüzar səfərlərin və kontaktların artımına imkan yaradacaq vaksinasiya pasportların qarşılıqlı tanınması məsələsini razılaşdırmaqda maraqlıyıq.

Böyük ümidlər nəqliyyat və kommunikasiyalar sahəsinə bəslənir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində effektiv qarşılıqlı fəaliyyət qurulub ki, bu da ölkələrimizin tranzit cəlbediciliyini möhkəmləndirməyə və yükdaşımaların həcmini artırmağa imkan verir. Qazaxıstanın Aktau və Kurık limanların, Bakının Ələt limanının potensialı bu istiqamətdə inkişaf üçün böyük perspektivlərə malikdirlər".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   Qazaxıstan  






Xəbər lenti