Kreml Ermənistanda baş verənlərə münasibət bildirib

 Kreml Ermənistanda baş verənlərə münasibət bildirib
  21 İyun 2021    Oxunub:1513
Kreml Ermənistandakı parlament seçkiləri ilə bağlı vəziyyəti yaxından izləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İrəvandan gələn məlumatları çox yaxından izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin baş tutması ilə bağlı verdiyi məlumatları alqışlayırıq. Paşinyanın partiyasının qələbəsi inandırıcı görünür. Ümid edirik ki, erməni xalqının qərarı ölkənin bundan sonrakı inkişafına kömək edəcək”, - Peskov vurğulayıb.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirilib. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası ölkə üzrə qeydiyyatdan keçmiş 2008 seçki məntəqəsində səslərin sayılmasından sonra qalib gəlib.

Seçkilərə 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatılıb. Səsvermə hüququ olan 2 578 milyon vətəndaşdan 1 281 174-ü və ya 49.4% səsvermədə iştirak edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Seçki   Kreml  





Xəbər lenti