Merkel: "Utanmalıyıq". Almanlar: "Utanmırıq!"

  21 İyun 2021    Oxunub :1925
  Merkel:  "Utanmalıyıq".  Almanlar:  "Utanmırıq!"
Sabah - iyunun 22-si Almaniyanın SSRİ-yə hücum etdiyi gündür. Almaniya kansleri Angela Merkel bununla bağlı videomüraciətində almanların həmin tarixə görə utanmalı olduqlarını söyləyib.
Azvision.az xəbər verir ki, kansler, Almaniyanın nasist rejiminin cinayətlərinə görə məsuliyyətini qəbul etdiyini bildirərək, əlavə edib ki, həmin dövrdə baş verənlər unudulmayıb. Eyni zamanda, Berlinin hələ də Rusiya ilə dialoqa ehtiyac duyduğunu, ölkələr arasında yaxın tarixi, sosial və iqtisadi əlaqələrin olduğunu vurğulayıb.

Amma Almaniyanın sosial şəbəkə istifadəçiləri kanslerin müraciətinə alman hökumətinin rəsmi "Facebook" hesabında yerləşdirilən videonun şərh bölümündə kəskin reaksiyalarla cavablar veriblər:

- 19 və 21 yaşındakı gənclərin bununla nə əlaqəsi var? Heç bir əlaqəsi! Nəhayət, yeni nəsillərə bu barədə davamlı xatırlatmanı dayandırın!
- Səksəninci dəfə eşidirəm bu sözü! Doğumumdan 40 il əvvəl baş verən hadisələrdə günahkar deyiləm!
- Mənim üçün bu, adi günlərdən biridir. Utanmıram. İkinci Dünya müharibəsində ailəmdən olan bütün iştirakçılar artıq ölüb. Onilliklər boyu bu hekayələrini dinləməli oldum. Bir nəvə olaraq bunların hamısından keçdim və artıq bu barədə düşünmürəm.


Göründüyü kimi, artıq Almaniyada yeni nəsil İkinci Dünya Müharibəsinin dəhşətlərinə görə məsuliyyəti bölüşmək istəmir. Bu, təhlükəli meyldirmi və nəyə gətirib çıxara bilər? Demək çətindir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya   Rusiya  






Xəbər lenti