Qarabağda döyüşmüş məşhur erməni komandir həbs edildi

  21 İyun 2021    Oxunub :681
   Qarabağda döyüşmüş məşhur erməni komandir həbs edildi
Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olan ictimai fəal həbs edilib.

Azvision.az xəbər verir ki, bu barədə yerli mediaya tanınmış erməni jurnalist Nairi Hoxikyan məlumat verib. Qeyd edilir ki, bu növbədənkənar parlament seçkiləri sonrası ilk siyasi həbs, represiyanın qığılcımıdır.
“Artıq deyə bilərik ki, ölkəmizdə repressiyalar başlayıb. “Monax” xüsusi kəşfiyyat və diversiya dəstəsinin komandiri Artur Ayvazyan gecə saatlarında saxlanılıb. O, bir neçə gün öncə mənim müharibəyə aid çəkdiyim filmdə Hadrutun necə verilməsi və Şuşaya gedən yolun əldən çıxması ilə bağlı konkret ifşaedici faktları ortaya qoymuşdu”,-deyə Hoxikyan bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Artur Ayvazyan tez-tez müharibədə gördüyü çatışmazlıqlar ilə bağlı hakimiyyət əleyhinə çıxışlar edirdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Həbs   Kəşfiyyat   Ermənistan  






Xəbər lenti