Ötən həftə COVID-dən 64 minə yaxın ölüm qeydə alınıb - ÜST

Ötən həftə COVID-dən 64 minə yaxın ölüm qeydə alınıb -    ÜST
  21 İyun 2021    Oxunub:1009
Dünyada koronavirusa yoluxma halları ardıcıl olaraq səkkizinci həftə, ölümlə nəticələnən hallar isə ardıcıl olaraq yeddinci həftədir azalır.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bazar ertəsi günü keçirdiyi brifinqdə bildirib. O bildirib ki, yeni infeksiyalar və ölümlər hələ də yüksək səviyyədə qalır.

"Ötən həftə 2,5 milyondan çox yoluxma və 64 minə yaxın ölüm halı qeydə alınıb. Bu, hər dəqiqə ərzində bizə məlum olan 250 yoluxma və 6 ölüm deməkdir”, - deyə Tedros Qebreyesus əlavə edib.

Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti