Ayı turistlərə hücum etdi

Ayı turistlərə hücum etdi
  22 İyun 2021    Oxunub:1391
Rusiyada turistlər faciə ilə üzləşiblər.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Krasnoyarskın cənubunda yerləşən "Erqaki" Milli Parkında ayı bir qrup turistə hücum edib. Nəticədə bir yeniyetmə ölüb, bir nəfər isə, yaralanıb.

"Ayı 13 nəfərlik turist qrupuna hücum edib və ağır yaralanan16 yaşlı yeniyetmə dünyasının dəyişib. Hadisə ilə əlaqədar istintaq qrupu araşdırma aparır",-deyə məlumatda qeyd edilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Turist   Ayı  



Xəbər lenti