Üç ölkənin XİN rəhbəri Bakıya gəlir

Üç ölkənin XİN rəhbəri Bakıya gəlir
  22 İyun 2021    Oxunub:1279
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana səfər edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Auresku "Twitter"də bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirləri Şallenberq və Landsbergis ilə birlikdə 24-26 iyunda Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: XİN   Səfər   Azərbaycan  





Xəbər lenti