"Əla və təhlükəsiz bir yay keçirəcəyik" - Səfir

"Əla və təhlükəsiz bir yay keçirəcəyik" -  Səfir
  22 İyun 2021    Oxunub:1669
Fransada dünən koronavirusa 487 yoluxma qeydə alınıb. Bu, çox aşağı rəqəmdir.
Azvision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross tvitterdə yazıb.

Onun sözlərinə görə, bu, yaxşı bir xəbərdir.

“Hər gün 550-750 min arasında insan peyvənd olunur. Lakin hamımız hələ də diqqətli olmalıyıq”, - səfir vurğulayıb.

Diplomat Azərbaycanda da virusla bağlı göstəricilərin çox yaxşı olduğunu vurğulayıb:

“Azərbaycanda da rəqəmlər çox yaxşıdır. Ümid edək ki, əla və təhlükəsiz bir yay keçirə bilərik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Səfir   Virus  



Xəbər lenti