"Sputnik V" vaksini 6 ay qoruyur

"Sputnik V" vaksini 6 ay qoruyur
  22 İyun 2021    Oxunub:982
"Sputnik V" peyvəndi altı ay ərzində koronavirusdan qorunmanı təmin edir".
Azvision.az xəbər verir ki, bunu rusiyalı mütəxəssis, Qamaley Epidemiologiya və Mikrobiologiya Mərkəzinin rəhbəri Vladimir Quşçin deyib. O bildirib ki, artıq vaksinasiyadan sonra altı ay ərzində immunitetin qorunub saxlanılmasını sübut edən kifayət qədər faktlara malikdirlər.

Qeyd edək ki, bundan öncə Səhiyyə naziri Mixail Muraşko müəyyən müddətdən sonra yenidən vaksinasiyanın təkrarlanacağına ehyam etmişdi. Belə ki,altı aydan bir, yaxud da ildə bir dəfə vaksinasiyadan keçmək qaçılmaz ola bilər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti