Ermənistan məğlub olma səbəblərini araşdırır

 Ermənistan məğlub olma səbəblərini araşdırır
  22 İyun 2021    Oxunub:1316
Ermənistanda İkinci Qarabağ müharibəsini araşdıran xüsusi komissiya yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən silahlı qüvvələrin baş qərargah rəisi Artak Davtyan deyib. Komissiyanın fəal işlədiyini söyləyən Davtyan bildirib ki, fərarilik məsələləri ilə bağlı çoxlu sayda cinayət işi qaldırılıb. Ona görə də, Baş qərargah qaldırılan cinayət işlərinin nəticələrini, yekun qərarları gözləməyi məsləhət bilib.

O jurnalistlərin "necə oldu ki, azərbaycan ordusu Şuşa və Hadrutu asanlıqla aldı" sualını da cavabsız qoyub. Baş qərargah rəisi qeyd edib ki, hazırda araşdırmalar aparılır, bu suala qısa müddətdə dəqiq cavab verə biləcəklərini düşünmür.

Tural Tağıyev

Azvision.az



Teqlər: Ermənistan   Komissiya   Müharibə  





Xəbər lenti