Rusiyada koronavirusdan ölənlərin sayı 130 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 130 mini ötüb
  22 İyun 2021    Oxunub:878
Rusiyada son sutka ərzində koronavirusa 16 715 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 350 919 nəfərə çatıb.

Rusiyada son bir gündə 546 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 130 347 nəfərdir. İndiyədək 4 889 450 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti