Sarkisyan Paşinyanı təbrik etdi

Sarkisyan Paşinyanı təbrik etdi
  22 İyun 2021    Oxunub:1030
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanı rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının erkən parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Paşinyanla telefon danışığı zamanı Sarkisyan gələcək hökumətə Ermənistanın inkişafı, tərəqqisi, xalqın rifahı və dövlətin təhlükəsizliyi naminə uğurlar arzulayıb.

Ermənistanda iyunun 20-də erkən parlament seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük bir fərqlə qalib gəlib. İkinci prezident Rober Koçaryanın lideri olduğu "Ermənistan" bloku 21,04,%, sabiq prezident Serj Sarkisyanın və "Vətən" partiyasının sədri Artur Vanetsiyanın təsis etdiyi "Şərəfim var" bloku isə 5,23% səs alıb.

Seçkilərdə iştirak nisbəti 49,4% olub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti