Şoyqu 900 mindən çox hərbçinin peyvənd olunduğunu açıqladı

Şoyqu 900 mindən çox hərbçinin peyvənd olunduğunu açıqladı
  22 İyun 2021    Oxunub:883
Rusiya Silahlı Qüvvələrinin əsas heyəti koronavirus əleyhinə vaksinasiyadan keçib.
Azvision.az xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə 900 mindən çox hərbçi peyvənd olunub.

"Artıq bir milyondan çox dozada peyvənd almışıq, 910 min vaksin olunanımız var. Əsas bölmələrimizdə vaksinasiyanı bir ay əvvəl tamamlamışıq",-deyə rusiyalı nazir bildirib. Əsas bölmələr deyəndə nazir söhbətin Xüsusi Əməliyyat Qüvvələrindən, Dəniz Donanmasından, Hava-desant Qüvvələrindən və Aviasiya aid qüvvələrdən getdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti də vaksinasiyadan keçib. General-leytenant Rüstəm Muradovun sözlərinə görə, sülhməramlılar koronavirusa qarşı 100 faizlik vaksinasiyadan keçiblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyvənd   Şoyqu  





Xəbər lenti