Gürcüstanda maska rejimi ləğv edilir

Gürcüstanda maska rejimi ləğv edilir
  22 İyun 2021    Oxunub:862
Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən qüvvədə olan komendant saatının və açıq havada tibbi maska taxma qadağasını ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili brifinqdə bildirib.

"Artıq açıq havada tibbi maska taxmaq məcburi olmayacaq. Yalnız nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə tələb olunacaq", - Baş nazir bildirib.

Xatırladaq ki, Gürcüstan 2020-ci ilin martında komendant saatının tətbiqinə başladı. Həmin ilin yayında ləğv edilən komendant saatı daha sonra pisləşən epidemiya fonunda noyabrdan yenidən tətbiq edildi. Ölkədə əvvəlcə 21: 00-dan 05: 00-a qədər, daha sonra isə 23:00-dan 04: 00-a qədər komendant saatı qüvvədə olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Maska   Ləğv  





Xəbər lenti