Terrorçular Somalinin əsas şəhərlərindən birini ələ keçirib

Terrorçular Somalinin əsas şəhərlərindən birini ələ keçirib
  22 İyun 2021    Oxunub:782
“Əş-Şabab” terror qruplaşması Somalinin cənubundakı Marin Qubay şəhərini ələ keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə "Somali Guardian" məlumat yayıb.

Qeyd olunub ki, hadisə Afrika İttifaqının sülhməramlı missiyasının (AMISOM) Uqanda kontingentinin şəhərdən ayrılmasından bir neçə saat sonra baş verib.

“İyunun 22-nə keçən gecə yaxşı silahlanmış terrorçu dəstələr eyni vaxtda şəhərə müxtəlif istiqamətlərdən daxil olublar. Marin Qubay “Əş-Şabab” yaraqlılarının nəzarəti ələ keçirmək üçün mütəmadi hücumlarına məruz qalan mühüm liman şəhəri Baravedən 40 km məsafədə yerləşir", - xəbərdə vurğulanıb.

Uqanda kontingentinin şəhərdən ayrılmasının səbəbi açıqlanmayıb. AMISOM komandanlığı hadisə ilə bağlı hələ rəsmi açıqlama yayımlamayıb. Öz növbəsində, Aşağı Şabelle bölgəsinin rəhbəri Abdulkadir Mohamad Nur Sidi Uqanda kontingentinin Somali ordusunun nizami birlikləri ilə əvəzlənməli olduğunu söyləyib. Ancaq bu, hələlik dəqiq olmayan səbəblərdən baş vermədi.

AMISOM, Afrika İttifaqının qərarı ilə 2007-ci ilin yanvarında qurulub. Onun kontingentinin ümumi sayı hazırda 20,6 min nəfər təşkil edir. Uqanda, Burundi, Efiopiya, Kenya, Cibuti öz kontingentlərini missiyaya göndərib.

“Əl-Şabab” terror qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. 2008-ci ildən bəri silahlıları vaxtaşırı terror aktları törədirlər. 2010-cu ilə qədər qrup geniş ərazilərə nəzarət edirdi, lakin 2011-ci ilin yayında Somalinin paytaxtı Moqadişunu tərk etmək və ölkə hökumətinə, onun müttəfiqlərinə qarşı partizan taktikasına keçmək məcburiyyətində qaldı. "Əş-Şabab"ın yaraqlılarının ümumi sayının 7000 nəfər olduğu təxmin edilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Somali   Hücum  





Xəbər lenti