İtaliyada məktəbli vaksinə görə valideynlərini məhkəməyə verir
Qeyd edək ki, İtaliya qanunlarına görə şikayətçi 17 yaşında olduğu üçün birbaşa vəkil seçə və valideynlərindən xüsusi bir sənəd olmadan peyvənd də vurdura bilməz. Yerli mətbuata danışan yeniyetmə bildirib ki, atası ilə anası peyvəndləri iyrənc adlandıraraq onları təhlükəli hesab ediblər. Sözügedən problemi öyrənən Sosial xidmətlər və məktəb rəhbərliyi Təhsil Nazirliyi vasitəsi ilə vəkillərə müraciət ünvanlayıb. Yerli media yazır ki, oxşar hallar artıq İtaliyada tez-tez görünməyə başlayıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Vaksin İtaliya Məhkəmə