Prezident peyvənd vurdurmayanları həbslə hədələyib

Prezident peyvənd vurdurmayanları həbslə hədələyib
  22 İyun 2021    Oxunub:698
Filippində koronavirusa yoluxma yüksək həddə olsa da, ölkədə əhalinin yalnız 1,8 faizi peyvənd olunub.
Azvision.az xəbər verir ki, buna səbəb əhalinin vaksinlərə inamının olmaması və peyvənddən qorxmalarıdır.

Hakimiyyət artıq sərt tədbirlərə əl atmağı düşünür. Məsələn, ölkənin paytaxtı Manilada peyvənddən imtina edənlər üçün cərimələr elan olunub. Prezident Rodriqo Duterte daha da irəli getməyə qərar verib. Tibbi qurumlarının nümayəndələri ilə görüşdə qəzəbli lider peyvənddən imtina edən vətəndaşların həbsinə əmr verəcəyini açıqlayıb.

“Ölkədə böhran hökm sürür, fövqəladə bir vəziyyət var. Peyvənd olunmaq istəmirsinizsə, sizi həbs etdirəcəm. Məcburi peyvənd olunacaqsınız. Vaksin olunmasanız, Filippini tərk edin. Hindistana və ya Amerikaya gedin, ancaq hələ ki, buradasınız və potensial virus daşıyıcısı olduğunuz üçün peyvənd vurdurun", - prezident deyib.

Duterte, peyvənd olunmaq istəməyənləri donuz və mal-qaranı müalicə etmək üçün istifadə olunan antiparazitar preparat olan "İvermektin"lə inyeksiya etdirəcəyini söyləyib:

"Bu, həqiqətən virusu öldürəcək, sizi də".

Duterte 2016-cı ildən bəri Filippinin prezidentdidir. O, ölkəni radikal metodlarla idarə edir. Narkotik mafiyasına qarşı əsl müharibə elan edib. Vətəndaşlara rüşvət tələb edən məmurlara atəş açmasına icazə verdiyini bildirib. Prezident özünə qarşı da az tələbkar deyil. Belə ki, Duterte diktator olarsa və təyin olunmuş müddətdən daha artıq hakimiyyətdə qalarsa, orduya və polisə onu vurmağı əmr edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Filippin  





Xəbər lenti