Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı

Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı
  22 İyun 2021    Oxunub:964
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, cəsəd Füzuli rayonunda aşkarlanıb.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1584 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: QarabağErməni   Cəsəd  





Xəbər lenti