Moskvada kafe və restoranlara yalnız bu şəxslər buraxılacaq

Moskvada kafe və restoranlara yalnız bu şəxslər buraxılacaq
  22 İyun 2021    Oxunub:959
İyunun 28-dən etibarən yalnız koronavirusa qarşı peyvənd olunanlar, son altı ay ərzində COVID-19-a yoluxanlar və ya mənfi PCR testi alan vətəndaşlar Moskvadakı ictimai iaşə obyektlərini ziyarət edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O, PCR testinin nəticəsinin üç gün müddətində etibarlı sayılacağını və bunun "Emias.info" tibbi portala məlumat ötürən hər hansı bir paytaxt laboratoriyasında edilməli olduğunu açıqlayıb.

Müəssisələrdə heç bir kağız arayış və sertifikat qəbul edilməyəcək. Peyvəndlənməni, antitellərin mövcudluğunu və ya xəstəliyin olmadığını yalnız QR kodunun köməyi ilə təsdiqləmək mümkün olacaq. Bunu elektron tibbi xidmətlər kartı, "mos.ru" portalı və ya Emias.info", dövlət xidmətləri portalı vasitəsilə və ya hər hansı bir şəhər klinikasında əldə etmək mümkündür.

Bundan əvvəl, Sobyanin restoranlar, uşaq mərkəzləri və heyvanat parklarına qoyulan qadağanı iyunun 29-dək uzadılması barədə qərar verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Moskva   Restoran   COVİD-19  





Xəbər lenti