Qardaş vaksini: "TURCOVAC"ın son sınağı başladı

Qardaş vaksini: "TURCOVAC"ın son sınağı başladı
  22 İyun 2021    Oxunub:2522
Türkiyə koronavirus peyvəndinin kliniki sınaqlarının üçüncü mərhələsinə başlayıb. Yeni vaksinə "Turkovac" adı verilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

- Yeni peyvəndimiz (koronavirüs əleyhinə - red.) "Turkovac" adlanacaq,- deyə Türkiyə prezidenti vaksinin sınağının 3-cü mərhələsi ilə bağlı keçirilən videokonfransda bildirib. Onun sözlərinə görə, vaksinin ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Ərdoğan qeyd edib ki, Türkiyə hazırda müxtəlif ölkələrin COVID-19 əleyhinə vaksinindən istifadə edir. Onun fikrincə, həmin vaksinlərin ölkələr üzrə bölgüsü ədalətli olmalıdır.

Bu arada Türkiyə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin çoxunu aradan qaldırıb. İyunun 21-dən komendant saatı ləğv edilib.

Səbinə Həsənova

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti