AŞPA-nın Baş katibi mina xəritələrin verilməsinin zəruriliyindən danışıb

AŞPA-nın Baş katibi mina xəritələrin verilməsinin zəruriliyindən danışıb
  22 İyun 2021    Oxunub:848
Azərbaycan ilə Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk. Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur.
Azvision.az xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının Baş katibi Mariya Peyçinoviç Buriç qurumun sessiyası zamanı sualları cavablandırarkən deyib.

"Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq", - o əlavə edib.

Baş katib vurğulayıb ki, bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək:

"Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm".

Azvision.az



Teqlər: AŞPA   Mina   Xəritə  





Xəbər lenti