Co Baydeni ölümlə hədələyən amerikalı həbs edilib

Co Baydeni ölümlə hədələyən amerikalı həbs edilib
  22 İyun 2021    Oxunub:866
ABŞ-da prezidenti ölümlə hədələyən şəxs həbs edilib.
Azvision.az xəbər verir ki, Oklahoma sakini olan 58 yaşlı Con Arens Co Baydeni, konqresmenləri və onların ailələrini ölümlə təhdid edən mesajlar göndərməkdə günahlandırılır.

Arens may ayından başlayaraq iyuna qədər yerli telekanal KOTV-nin (Newson6) poçtasına xüsusi mesajlar göndərib. Qeyd edirmiş ki, əgər ona pul ödənməsə, ölkə başçısı da daxil olmaqla bir sıra vəzifəli şəxslərin həyatına son qoyacaq.
Arens Talsadakı evində tutulub. Ədliyyə Nazirliyindən bildirilib ki, o dindirmə zamanı mesaj göndərdiyini etiraf edib.

Azvision.az



Teqlər: ABŞ   Ölüm   Hədə   Həbs  





Xəbər lenti