"Hindistan ştammı" Belarusa çatdı

"Hindistan ştammı" Belarusa çatdı
  23 İyun 2021    Oxunub:2093
Belarusda koronavirusun Hindistan ştammı aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"SARS-CoV-2 virusunun təhlili göstərdi ki, Minskdə sınaqdan keçirilmiş 10 nümunədə Hindistan ştammı (delta, B.1.617.2) aşkarlanıb. Lakin respublikanın digər bölgələrində hələ ki, bu variant müəyyən edilməyib”, - açqlamada deyilir.

Nazirlikdə hesab edirlər ki, Hindistan ştammı COVID-19-un digər variantları ilə müqayisədə daha təsirli bir şəkildə yayıla bilər, lakin bu variantın daha ciddi xəstəliyə səbəb olduğuna dair heç bir dəlil yoxdur.

Xatırladaq ki, dünyanın hər yerində elm adamları peyvənd edilmişlər də daxil olmaqla, Hindistan ştammının daha təhlükəli olduğunu bildirirlər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Belarus   Hindistan   Koronavirus  





Xəbər lenti