Rusiyanın Qarabağ nizamlanmasında töhfəsi həlledici olub - Putin

 Rusiyanın Qarabağ nizamlanmasında töhfəsi həlledici olub -  Putin
  23 İyun 2021    Oxunub:1203
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına verdiyi töhfə həlledici olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçılarına video-müraciətində deyib.

Putin bildirib ki, münaqişənin dayandırılması Rusiyanın qətiyyətli töhfəsi əsasında mümkün olub.

O, Rusiya sülhməramlılarının regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin etdiklərini, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey etdiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirPutin   Qarabağ  





Xəbər lenti