Rusiya NATO-ya qarşı tədbirlər görmək məcburiyyətindədir

Rusiya NATO-ya qarşı tədbirlər görmək məcburiyyətindədir
  23 İyun 2021    Oxunub:1219
"NATO Rusiya sərhədləri yaxınlığında hərbi potensialını artırır "
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçılarına video-müraciətində deyib.

"NATO-nun öz hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə doğru genişlətməsindən və Moskvanın təkliflərini nəzərdən keçirməkdən imtina etməsindən narahatıq. Ümid edirik ki, sonda sağlam düşüncə və Rusiya ilə konstruktiv münasibətləri inkişaf etdirmək istəyi üstünlük qazanacaq”, - Putin vurğulayıb.

Qeyd edək ki, konfrans 22-24 iyun tarixlərində Moskvada keçirilir.

Pərvanə Sultanova

Azvision.az



Teqlər: VladimirPutin   NATO  





Xəbər lenti