"New York Times": Kaşıkçının qatilləri ABŞ-da xüsusi kurs keçiblər

      "New York Times":   Kaşıkçının qatilləri ABŞ-da xüsusi kurs keçiblər
  23 İyun 2021    Oxunub:1190
Bir neçə il öncə vəhşicəsinə qətlə yetirilmiş “The Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçının işi üzrə yeni detallar üzə çıxıb.

Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məsələ ilə bağlı məqalə dərc edən "New York Times" yazır ki, qətli törədən ərəblər ABŞ-da hərbi təhsil alıblarmış.
“Əldə edilən bəzi sənədlər və etibarlı mənbələrə istinad edildikdə jurnalistin qətlində iştirak edən səudiyyəlilər Dövlət Departamenti tərəfindən təsdiqlənmiş xüsusi bir müqavilə əsasında ABŞ-da hərbi hazırlıq keçdikləri üzə çıxıb”, -deyə məqalədə yazılıb.

Nəşr iddia edir ki, haqqında söz açılan dörd ərəbin hərbi hazırlığı Arkanzasdakı "Tier 1" təhlükəsizlik şirkəti tərəfindən həyata keçirilib. Şirkətin açıqladığı məlumatda isə, hazırlığa atəş, hücuma qarşı mübarizə daxil olub. Bütün bunlar da Səudiyyə liderləri üçün daha etibarlı mühafizə hazırlamaq məqsədi daşıyıb.

Qeyd edək ki, Kaşıkçı 2018-ci ilin oktyabrında İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda öldürülüb. Əvvəlcə krallığın səlahiyyətliləri onun diplomatik nümayəndəlikdə itkin düşdüyünü inkar etmişdilər. Lakin video və səs yazıları ortaya çıxdıqdan bir müddət sonra Kaşıkçının "konsulluq rəsmiləri ilə mübahisə nəticəsində" öldürüldüyünü etiraf etməyə məcbur oldular.

Tural Tağıyev

Azvision.az



Teqlər: Qətl   ABŞ   Kaşıkçı  





Xəbər lenti